Azedu.az

Professorun xətası universiteti çətin vəziyyətə saldı - Tələbə 8000 dollarını tələb edi

Xəbərlər

15 May 2025, 16:28
Professorun xətası universiteti çətin vəziyyətə saldı - Tələbə 8000 dollarını tələb edi

Northeastern Universitetində maraqlı olay yaşanıb. “Təşkilati Davranış” fənni üzrə dərsliklərdə şübhəli məqamlar aşkar edən tələbə, professorun süni intellekt alətindən istifadəsini ifşa edib.

 

AzEdu.az xəbər verir ki, Universitetin tələbəsi Ella Stapleton, dərs zamanı təqdim olunan mühazirə qeydlərində qəribə ifadələrə rast gəldiyini bildirib. O, xüsusilə “bütün sahələrə genişləndirin, daha ətraflı və konkret olun” kimi qeyri-adi cümlələrin dərs materialında saxlanıldığını və bunun mühazirənin süni intellekt, daha dəqiq desək, ChatGPT tərəfindən hazırlanmış ola biləcəyindən şübhələndirdiyini qeyd edib.

 

Məsələni araşdıran Stapleton, dərsin məhz süni intellekt vasitəsilə hazırlandığını müəyyənləşdirib. Bu hal, tələbələrin dərs zamanı süni intellektdən istifadəsini açıq şəkildə qadağan edən kurs rəhbəri, professor Rick Arrowood-un özü tərəfindən qaydaların pozulması kimi qiymətləndirilib.

 

Hadisədən narazı qalan tələbə universitetə rəsmi şikayət ərizəsi ilə müraciət edərək, fənn üçün ödədiyi 8000 dolların geri qaytarılmasını tələb edib. O, professorun ikili standartlar tətbiq etdiyini və bu halın onun təhsil hüququna zərbə vurduğunu vurğulayıb.

 

Professor Rick Arrowood isə məsələ ilə bağlı The New York Times qəzetinə verdiyi açıqlamada dərs materiallarının hazırlanmasında ChatGPT-dən istifadə etdiyini etiraf edib. Lakin bütün bu baş verənlərə baxmayaraq, universitet rəhbərliyi Stapleton-un şikayətini tələbənin məzuniyyətindən cəmi bir gün sonra rədd edib.

 

Bu hadisə süni intellektin təhsildə istifadəsi ilə bağlı etik mübahisələri yenidən gündəmə gətirib.

İsr@ildən AĞIR ZƏRBƏ - İranın düşünən beyni vuruldu
Son xəbərlərDaha çox