Azedu.az

Məktəblilər Braziliyada keçirilən Olimpiadada 1 gümüş, 2 bürünc medal qazanıb

15 May 2025, 10:51
Məktəblilər Braziliyada keçirilən Olimpiadada 1 gümüş, 2 bürünc medal qazanıb

5-13 may tarixlərində Braziliyanın Belu-Orizonti şəhərində 59-cu Beynəlxalq Mendeleyev Kimya Olimpiadası keçirilib.

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən xəbərə görə, Olimpiadada uğurla iştirak edən milli komandamız 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 3 medal qazanıb.

Belə ki, Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi Murad Xəlilzadə gümüş medal, liseyin XI sinif şagirdləri Nəzrin Həsənova və Ümid Mustafazadə isə bürünc medal qazanıblar.

Əlavə edək ki, 1998-ci ildən etibarən Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 4 qızıl, 13 gümüş və 41 bürünc medal qazanıblar.

Bundan başqa, 7-13 may tarixlərində isə Özbəkistanın paytaxtı Daşkənd şəhərində 3-cü Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasında milli komandamız uğurla çıxış edərək 2 qızıl və 4 gümüş olmaqla, ümumilikdə 6 medal qazanıb.

Belə ki, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin IX sinif şagirdi Fərhad İskəndər və Bakı şəhəri Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Hüseyn Zeynalov qızıl medal, Şəki şəhəri Kimya-biologiya təmayüllü liseyin IX sinif şagirdi Turan Musayev, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdləri Fərrux Burzu və Ömər Əliməmmədzadə, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Əkbər Əhmədov gümüş medal qazanıblar.

2023-cü ildən etibarən sözügedən olimpiadada iştirak edən məktəblilərimiz isə ümumilikdə 6 qızıl, 7 gümüş və 4 bürünc medal qazanıblar.

 

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox