Azedu.az

Təkrar sertifikasiyada iştirak edənlərin imtahan VAXTI

Sertifikasiya

14 May 2025, 17:55
Təkrar sertifikasiyada iştirak edənlərin imtahan VAXTI

Xəbər verdiyimiz kimi, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində təşkil olunacaq. Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirkçıların şəxsi kabinetlərinə göndərilib.

Bu barədə AzEdu.az-a ARTİ-nin nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri üçün sertifikasiya imtahanı 18-20 iyun tarixlərində keçiriləcək.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox