Azedu.az

"Müəssisələr universitetlərə “işçi sifarişi” verməlidir"

Xəbərlər

Tələbələr

Universitetlər

15 May 2025, 09:07
"Müəssisələr universitetlərə “işçi sifarişi” verməlidir"

Azərbaycanda universitetlərin real sektorla əlaqələrinin zəif olması və təhsilin əmək bazarına cavab verməkdə gecikməsi müzakirə mövzusudur. UNEC-in rektoru Ədalət Muradovun “Təhsil real sektoru müəyyən etmir, onun arxasınca gedir”, fikri bu problemi bir daha təsdiqləyir.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Cahid İmanlı bildirib ki, hazırda Azərbaycan təhsili real sektorun arxasınca getməklə kifayətlənir, halbuki təhsil onun bir addım qabağında olmalı və inkişaf istiqamətini müəyyənləşdirməlidir:

160035

“Çox təəssüf ki, biz təhsili indi real sektora uyğunlaşdırmağa çalışırıq. Halbuki təhsil sektorun inkişafına yön verməli idi. Hazırda isə vəziyyət əksinədir. Biz ancaq mövcud bazarın tələblərinə uyğunlaşmağa çalışırıq.
Bu vəziyyətdən çıxış yolu yalnız sistemli və strateji yanaşma ilə mümkündür. İlk növbədə beynəlxalq təcrübə öyrənilməli və sürətlə milli təhsil sisteminə tətbiq edilməlidir. Eyni zamanda, xarici universitetlərlə inteqrasiya gücləndirilməli, daxili bazarın iştirakçıları - işəgötürənlər, investorlar və sənaye nümayəndələri ilə universitetlər arasında güclü əməkdaşlıq formalaşdırılmalıdır".

 

Cahid İmanlı əlavə edib ki, təhsilin planlaşdırılması yalnız bu günün yox, 5-10 il sonranın tələblərini də qarşılamalıdır:

 

“Strateji planlaşdırma təkcə bugünkü əmək bazarına yox, gələcəyin bazar ehtiyaclarına cavab verəcək şəkildə qurulmalıdır".


Ekspert universitetlərlə real sektor arasında əməkdaşlığın gücləndirilməsi üçün konkret mexanizm təklif edir: müəssisələr tələbələr üçün ödənişli təcrübə imkanları yaratmalı və universitetlərə "işçi sifarişi" təqdim etməlidir. Bu yanaşma, tələbələrin həm təhsil dövründə real iş mühiti ilə tanış olmasına, həm də məzun olduqdan sonra dərhal işlə təmin olunmasına şərait yaradar.

 

Zeynəb Rzayeva

Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!
Son xəbərlərDaha çox