Azedu.az

Məktəblilərimiz Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

13 May 2025, 17:04
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

5-13 may tarixlərində Braziliyanın Belu-Orizonti şəhərində 59-cu Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında milli komandamız uğurla çıxış edərək 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 3 medal qazanıb.

Bu barədə AzEdu.az-a ARTİ-dən məlumat verilib.

Belə ki, Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi Murad Xəlilzadə gümüş medal, liseyin XI sinif şagirdləri Nəzrin Həsənova və Ümid Mustafazadə isə bürünc medal qazanıblar.

Qeyd edək ki, 1998-ci ildən etibarən Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 4 qızıl, 13 gümüş və 41 bürünc medal qazanıblar.

TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!
Son xəbərlərDaha çox