Azedu.az

Naxçıvan məktəbliləri ilk dəfə PISA tədqiqatında iştirak edirlər

Şagirdlər

13 May 2025, 16:47
Naxçıvan məktəbliləri ilk dəfə PISA tədqiqatında iştirak edirlər

Mayın 13-dən Naxçıvanda ümumtəhsil məktəblərinin şagirdləri üçün  PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatına başlanılıb. 

Naxçıvan Təhsil Nazirliyinin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, 3 gün davam edəcək tədqiqatda 12 ümumtəhsil müəssisəsinin 300-dən artıq şagirdinin və həmin məktəblərin direktorlarının iştirakı nəzərdə tutulur. 

Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində onlayn qaydada keçirilən  tədqiqatın ilk günündə 5 təhsil müəssisəsinin 69 şagirdi və 5 məktəb direktoru iştirak edib.  

Qeyd edək ki, PISA–Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında ölkəmizin ümumtəhsil məktəbləri 2018-ci ildən iştirak etsə də, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri tədqiqata bu il ilk dəfə qoşulub.

Məlumat üçün bildirək ki, PISA ümumtəhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqlarını qiymətləndirmək, eyni zamanda, onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatıdır.

Tədqiqatın ölkəmizdə həyata keçirilməsi Təhsil İnstitutu tərəfindən təşkil olunur və ölkə üzrə 8 mindən artıq şagirdin iştirakı nəzərdə tutulub.  

Bu il tədqiqata 91 ölkənin iştirakı gözlənilir.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox