Azedu.az

Məktəb bufetlərində hansı qadağan olunan mallar satılır? – Ciddi təhlükə  

Məktəblər

Elm və Təhsil Nazirliyi

7 Dekabr 2018, 14:47
Məktəb bufetlərində hansı qadağan olunan mallar satılır? – Ciddi təhlükə  

“Məktəb bufetləri ayrı-ayrı şəxslərə icazəyə verilərək biznes strukturuna çevrilib. Bufetlərə demək olar ki, nəzarət yoxdur”

Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  AzEdu.az-a açıqlamasında deyib. O, rayon məktəblərində aparılan reydlər barədə danışıb:

“Rayon məktəb bufetlərində reydlər aparmışıq. Bizə gələn telefon zənglərindən məlumatlar əldə edirik. Məktəb bufetlərində nələrin satılıb-satıla bilməyəcəyinə dair standartlar qəbul olunur. Məsələn, energetik, qazlı içkilərin və bir sıra məhsulların bufetlərdə satışı qadağandır. Buna baxmayaraq, heç də bu standartlara əməl edilmir. Məktəb bufetləri ayrı-ayrı şəxslərə icazəyə verilərək, biznes strukturuna çevrilib. Bufetlərə demək olar ki, nəzarət yoxdur. Valideyn komitələri bu işdə fəal olmalıdırlar. Kiçik istehsalçılarının mallarının satışının qarşısı alınmalıdır”.

TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!
Son xəbərlərDaha çox