Azedu.az

Dövlət orqanlarında daxili müsahibə elan edilir

Xəbərlər

Dövlət İmtahan Mərkəzi (DİM)

13 May 2025, 15:08
Dövlət orqanlarında daxili müsahibə elan edilir

13 may 2025-ci il tarixində 5 dövlət orqanında inzibati vəzifələrin 3-4-cü təsnifatlarına uyğun olan 6 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib. 

Daxili müsahibə elan edilən vəzifələrin 1-i inzibati vəzifələrin üçüncü təsnifatına, 5-i dördüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə  inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının  aparat rəhbəri vəzifəsidir.

AzEdu.az xəbər verir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 13 may 2025-ci il tarixindən 27 may 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

 

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox