Azedu.az

Sertifikasiyanın keçiriləcəyi tarix AÇIQLANDI

Sertifikasiya

13 May 2025, 12:35
Sertifikasiyanın keçiriləcəyi tarix AÇIQLANDI

Müəllimlərin sertifikasiya imtahanının keçirilmə tarixi açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında məlumat verib.

 

E.Bağırov qeyd edib ki, sertifikasiya imtahanı bu il 18-25 iyun tarixlərində keçiriləcək.

 

"Müəllimlərin sertifikasiya imtahanı çərçivəsində bu il ilk dəfə olaraq kimya, fizika, biologiya, coğrafiya və informatika fənləri üzrə müəllimlər imtahana cəlb olunacaqlar. İmtahan 18-25 iyun tarixlərində keçiriləcək. Eyni zamanda, ötən il sertifikasiyanın birinci mərhələsində uğur qazana bilməyən müəllimlər üçün də bu tarixlərdə yenidən iştirak imkanı yaradılacaq. İmtahanla bağlı daha dəqiq məlumat  -  məkan və saat barədə bildiriş müəllimlərin şəxsi kabinetlərinə sabah günün sonuna qədər göndəriləcək".

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox