Azedu.az

18 yaşlı oğlan ölümcül xəsarət alıb

Xəbərlər

13 May 2025, 09:36
18 yaşlı oğlan ölümcül xəsarət alıb

Gəncə sakini naməlum şəraitdə ölümcül xəsarət alıb.

AzEdu.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 2007-ci il təvəllüdlü E. İbrahimov ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Dərhal gənc oğlana xəstəxanada tibbi yardım göstərilib.18 yaşlı E. İbrahimovun vəziyyətinin ağır olduğu bildirilir.

Gənc oğlanın hansı səbəbdən ağır xəsarət alması hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara davam etdirilir.

TƏCİLİ: Qabil Məmmədovla bağlı qərar verildi
Son xəbərlərDaha çox