Mayın 12-də elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, görüş zamanı Dünya Bankı ilə təhsil sahəsində ikitərəfli əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.