Azedu.az

Bakıda itkin düşən yeniyetmə tapılıb - YENİLƏNDİ

8 May 2025, 15:32
Bakıda itkin düşən yeniyetmə tapılıb - YENİLƏNDİ

"Bakıda anası ilə dalaşandan sonra itkin düşən 16 yaşlı yeniyetmə tapılıb".

AzEdu.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli deyib.

O bildirib ki, axtarışa verilən 16 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

 

10:12

 

Bakıda yeniyetmə oğlan anası ilə dalaşandan sonra itkin düşüb.

AzEdu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 5-də baş verib.

Paytaxtın Nizami rayonu, Babək prospekti. 67, mənzil 5-də yaşayan Əhmədova Şamba Şaməddin qızı Nizami RPİ-nin 24-cü PŞ-yə ərizə ilə müraciət edərək bildirib ki, övladı, 2009-cu il təvəllüdlü Əhmədov Marif Nicat oğlu onunla ailə-məişət zəminində mübahisə edərək yaşadıqları ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxs Əhmədov Marif Nicat oğlunun olduğu yerin müəyyən edilməsi ilə bağlı zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox