Azedu.az

Ağdaşda tələbə faciəli şəkildə öldü

Xəbərlər

6 May 2025, 20:22
Ağdaşda tələbə faciəli şəkildə öldü

Bu gün saat 12 radələrində Ağdaş şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az Oxu.Az-a istinadən xəbər verir ki, Murad Əsədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Yusif Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Həlak olan Y.Məmmədov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsi imiş.

Faktla bağlı cinayət işi başlanılıb.

MOSKVADA PANİKA! Putin qorxuya düşdü - 9 mayda...
Son xəbərlərDaha çox