Sumqayıtda qeysəriyyə əməliyyatı keçirən gənc qadın Bakıda dünyasını dəyişib.
AzEdu.az Oxu.Az-a istinadən xəbər verir ki, Kürdəmir rayon sakini 2007-ci il təvəllüdlü Tahirə Hüseynova aprelin 26-sı qeysəriyyə əməliyyatı ilə bağlı Sumqayıt Tibb Mərkəzinə gətirilib. Əməliyyat olunan qadının halı pisləşib.
O, təcili yardımla Bakıya - Mərkəzi Kilinik Xəstəxanaya gətirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Gənc ana mayın 1-də xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.