"2024-cü il təvəllüdlü körpənin valideynləri tərəfindən fiziki zorakılığa məruz qalması barədə polisə məlumat daxil olub".
AzEdu.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli deyib.
Onun sözlərinə görə, paytaxtın Sabunçu rayonu ərazisində 2024-cü il təvəllüdlü körpənin valideynləri tərəfindən fiziki zorakılığa məruz qalması və nəticədə bədən xəsarətləri alması barədə polisə məlumat daxil olandan sonra polis əməkdaşlarının müşayiəti ilə körpə həkim nəzarəti altında təcili olaraq xəstəxanaya yerləşdirilib.
"Məsələ ilə bağlı ərazi polis orqanında araşdırma başlanılıb. Hər iki valideyn izahatlarının alınması üçün Polis Bölməsinə gətirilib. Hadisə ilə bağlı əlavə məlumat veriləcək", - deyə polis leytenantı qeyd edib.