Şirvanda baş verən qəzada bir ailənin 4 üzvü xəsarət alıb.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Tayota Prius” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub.
Nəticədə “Opel” markalı avtomobildə olan bir ailənin 5 üzvündən 4-ü-Neftçala sakini, 1988-ci il təvəllüdlü Bəşirli Əli Sədaqət oğlu, Abşeron sakini, 1995-ci il təvəllüdlü Bəşirli Leyla İlqar qızı, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Bəşirova Ayşən İlqar qızı, Şirvan sakini və 2018-ci il təvəllüdlü Bəşirli Gülay Əli qızı yüngül xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirlib.
Onlar ambulator yardım alandan sonra evə buraxılacaq.
Faktla bağlı araşdırma aparılır.