Azedu.az

Savadlı həkimlər niyə rayonlara getmir? - Tibb təhsilində balans POZULUB

Xəbərlər

2 May 2025, 16:15
Savadlı həkimlər niyə rayonlara getmir? - Tibb təhsilində balans POZULUB

Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, rezidentlər, yaxud rezidenturanı bitirib, həkim kimi çalışanlar əsasən Bakıda çalışmağı seçirlər. Maraqlısı budur ki, fərqi yoxdur onlar hansı bölgədəndirlər, yenə də seçimləri paytaxtdan yana olur. Bu zaman isə rayonlarda ciddi həkim çatışmazlığı yaranır. İş o həddə çatır ki, insanlar ən adi bir əməliyyat üçün belə paytaxta üz tuturlar.

 

Bu halda hansı addımlar atılmalıdır? Regionlarda tibb universitetləri açılarsa, həkim çatışmazlığı aradan qalxa bilərmi?

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında bildirib ki, həkim çatışmazlığını aradan qaldırmaq üçün ya təşviqedici, ya da inzibati addımlar atılmalıdır:

159279

“Bölgələrdə həkimlərin azlığı aktual problem kimi qalmaqdadır. Bu sahədə mütləq çıxış yolu tapmaq lazımdır. Regionlarda həkim azlığının öhdəsindən gəlmək üçün ilk növbədə təşviqedici addımlar atılmalıdır. Orada yaşayan və işləyən həkimlərin maaşlarının artırılması prioritet olmalıdır.

 

Problemin aktuallığı artdığı təqdirdə isə, inzibati üsullara əl atılmalı, hansısa şərtlər irəli sürülməlidir. Məsələn, şəhərdə bir vəzifə tutmaq üçün, yaxud dövlət sektorunda fəaliyyət göstərmək üçün bölgələrdən birində işləmək şərt olmalıdır.

 

Sistemi bu şəkildə qurduqdan sonra həm urbanizasiyanın qarşısı alınacaq, həm də bölgələrdə həkim çatışmazlığı aradan qalxacaq. Yekunda savadlı və qabiliyyətli kadrlar həm bölgələrdə, həm də şəhərdə çalışacaq. Bu zaman isə insanlar hər problem üçün kənddən şəhərə gəlmək məcburiyyətində qalmayacaqlar”.

Havada toqquşma - İsr@il və Türkiyə qırıcıları qarşı-qarşıya gəlib
Son xəbərlərDaha çox