AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
2 may harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
2 may Ümumdünya Astma ilə Mübarizə Günüdür:
Bu günün yaranma tarixi 1993-cü ildə ABŞ-ın Milli Ürək, Ağciyər və Qan İnstitutu, Milli Sağlamlıq İnstitutu və Ümumdünya Sağlamlıq Mərkəzi tərəfindən “Bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası”nı müəyyənləşdirən işçi qrupunun formalaşdırılması ilə əlaqədardır.
2 may Ümumdünya Ton Balığı Günüdür:
Bu qərar 2016-cı ilin dekabrında BMT Baş Assambleyasının qərarı ilə planetimizin əhalisinə bu növ balıqların dəyərini, qarşılaşdığı təhlükələri, iqtisadi və sosial faydaları barədə məlumatlandırılmaları məqsədilə qəbul edilmişdir.
2 may 1885-ci ildə Türkiyədə ilk rəsmi lisey açılıb:
Kastamonu Əbdürrəhman Paşa liseyi Türkiyədə açılan ilk rəsmi lisey sayılır.
2 may 1908-ci ildə Azərbaycanın ilk qadın rejissoru Qəmər Salamzadə dünyaya gəlib.
2 may 1941-ci ildə Azərbaycan Xarici İşlər nazirinin müavini, diplomat, “ADA Universitetinin rektoru Hafiz Paşayev dünyaya gəlib.