Azedu.az

Sumqayıtda respublika üzrə proqramlaşdırma müsabiqəsi keçirilib

Xəbərlər

1 May 2025, 13:26
Sumqayıtda respublika üzrə proqramlaşdırma müsabiqəsi keçirilib

Sumqayıt şəhərində “Sumqayıt Cup” respublika üzrə proqramlaşdırma müsabiqəsi keçirilib.

Bu barədə AzEdu.az-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib.

Məlumata əsasən, tədbir 2025-ci ildə ilk dəfə Bakıda təşkil olunacaq ICPC 2025 Dünya Finalına hazırlıq çərçivəsində reallaşdırılıb. Müsabiqə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Sumqayıt İnnovasiya Mərkəzi, Sumqayıt Dövlət Universiteti və ICPC Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirə ölkənin müxtəlif bölgələrindən tələbə və

şagirdlər qatılaraq, proqramlaşdırma sahəsində öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin məqsədi iştirakçılar arasında proqramlaşdırma və alqoritmik düşüncə bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət mühiti yaratmaq və innovasiya yönümlü istedadları üzə çıxarmaq olub. Müsabiqə İKT sahəsinə olan marağı artırmaqla yanaşı, həmçinin təhsil müəssisələri və müvafiq qurumlar arasında əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verib.

“Sumqayıt Cup” müsabiqəsinə hazırlıq ərəfəsində - aprelin 7-dən 22-dək xarici təlimçilərin cəlb olunması ilə distant proqramlaşdırma düşərgəsi təşkil edilib.

Müsabiqədə 5 ümumi təhsil müəssisəsi və 20 ali təhsil müəssisəsini təmsil edən, hər biri bir mentor və üç iştirakçıdan ibarət 25 komanda iştirak edib. Bu müsabiqə gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirməsi üçün mühüm bir platforma olub və Azərbaycanın proqramlaşdırma sahəsində beynəlxalq arenada daha da irəliləməsinə xidmət edir.

Müsabiqənin sonunda ilk üç yerin qalibləri xüsusi mükafatlarla təltif olunublar.

Ukrayna açıqladı-Mayın 9-da Qırmızı meydana hücum
Son xəbərlərDaha çox