Azedu.az

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə YENİ TƏYİNATLAR 

Xəbərlər

1 May 2025, 12:52
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə YENİ TƏYİNATLAR 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə, Naxçıvan şəhər, Şahbuz rayon təhsil şöbələrinə şöbə, sektor müdiri və aparıcı məsləhətçi vəzifələrinə yeni təyinatlar olub.

Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində, Naxçıvan şəhər və Şahbuz rayon təhsil şöbələrində  vakant vəzifələrin tutulması üçün keçirilən daxili və ümumi müsahibədə uğur qazanan namizədlər yeni vəzifələrə təyin olunublar.

Belə ki,Təhminə Vilayət qızı Mustafayeva Naxçıvan şəhər, Elşən Fəxrəddin oğlu Babayev Şahbuz rayon təhsil şöbələrinə müdir, Hüseyn Qəhraman oğlu Qəhrəmanov Təhsil Nazirliyi Aparatının Uşaq və gənclərin inkişafı sektorunda sektor müdiri, Ramalə Camal qızı Niftiyeva və Eldar Binnət oğlu Nadirli isə Təhsil Nazirliyinin  Aparatına aparıcı məsləhətçi vəzifələrinə təyin olunublar. 

Qeyd edək ki, müvafiq vəzifələrə təyin olunmamışdan əvvəl Təhminə Mustafayeva Naxçıvan şəhər təhsil şöbəsində müdir əvəzi, Elşən Babayev Ordubad rayon Təhsil Şöbəsində, Hüseyn Qəhrəmanov Şahbuz rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi, Ramalə Niftiyeva Təhsil Nazirliyi Aparatında  məsləhətçi, Eldar Nadirli isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında  müxtəlif vəzifələrdə çalışıblar.

OK VİDEO! Rusiya Ukraynada bunu da etdi - Növbəti BİABIRÇILIQ!
Son xəbərlərDaha çox