Goranboyda piydanın vurulması ilə nəticələn yol qəzası baş verib.
AzEdu.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan " VAZ 21014" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 2017-ci il təvəllüdlü Z.Məmmədovanı vurub. Azyaşlı xəstəxanaya yerləşdirilib, onun vəziyyətininn kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.