Azedu.az

Türkiyədə şagirdlər arasında kütləvi zəhərlənmə

Xəbərlər

1 May 2025, 09:36
Türkiyədə şagirdlər arasında kütləvi zəhərlənmə

Türkiyənin Diyarbekir vilayətinin Kayapınar rayonunda ibtidai məktəbin 53 şagirdi yeməkdən zəhərlənib.

Bu barədə AzEdu.az "Haber Global" telekanalına istinadla xəbər verir.

Məktəbdə nahar yeməyindən sonra dərslərin qurtarması ilə evlərinə gedən 53 şagirdin halı pisləşib.

Hərarət, qusma və mədə bulantısı kimi şikayətlər edən məktəblilər ailələri tərəfindən zəhərlənmə şübhəsi ilə xəstəxanalara aparılıblar.

Müalicə alan şagirdlərdən 47-si xəstəxanadan evə buraxılıb, altısının müalicəsi davam edir. Fakt üzrə araşdırma aparılır.

İsrail Azərbaycandan yardım istədi-ölkə YANIR
Son xəbərlərDaha çox