Azedu.az

“Tarixdə bu gün”- Beynəlxalq Əmək Günüdür

Xəbərlər

1 May 2025, 09:00
“Tarixdə bu gün”- Beynəlxalq Əmək Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

1 may harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

1 may Beynəlxalq Əmək Günüdür:

 

Bu günün tarixi fəhlələrin ABŞ-də keçirdiyi etiraz aksiyasından başlayır. 1896-cı il mayın 1-də Amerikanın Çikaqo şəhərində 300 mindən çox fəhlə hər gün 10-15 saat işləmələrinə etiraz edərək tətilə çıxıb, 8 saatlıq iş günü və istirahət hüququ tələb ediblər. Tətil qısa müddətdə Amerikanın digər sənaye mərkəzlərinə də yayılıb. Sonralar Avropanın iri şəhərlərində, o cümlədən Rusiyada da fəhlə tətilləri başlayıb.

 

Üç il sonra fəhlə partiyalarının beynəlxalq birliyi - İkinci İnternasionalın iştirakçıları Paris konqresinə toplaşaraq 1 may gününü bütün dünya fəhlələrinin həmrəylik günü elan ediblər. Dünyada ilk dəfə 1890-cı ildə bu bayramı qeyd ediblər. Bununla da fəhlələrinin tətil elan etdiyi 1 may tarixi zəhmətkeşlər günü kimə tarixə düşüb.

 

1 may 1840-cı ildə ilk poçt markası çap olundu:

 

Dünyada ilk dəfə poçt markaları İngiltərədə çap olunub.

 

1 may 1930-cu ildə Pluton kəşf olundu:

 

Pluton adı Oksfordda yaşayan Venetsia Burney adlı şagird tərəfindən təklif edilib. Venetsia Burney bu təklifini Plutonun soyuq və qaranlıq olması ehtimalına əsasən mifik düşüncədə yeraltı dünyanın tanrısı kimi tanınan Plutondan ilhamlanaraq irəli sürdüyünü söyləyib.

 

1 may 1936-cı ildə tanınmış dilçi alim, akademik Tofiq Hacıyev anadan olub:

 

O, Azərbaycan ədəbi dilinin tarixi, türkologiya üzrə əsərlərin müəllifidir. AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub. 

İsrail Azərbaycandan yardım istədi-ölkə YANIR
Son xəbərlərDaha çox