Azedu.az

Baş nazir süni intellekt strategiyası ilə bağlı QƏRAR İMZALADI

Xəbərlər

30 Aprel 2025, 11:43
Baş nazir süni intellekt strategiyası ilə bağlı QƏRAR İMZALADI

Nazirlər Kabineti ölkə Prezidentinin “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” 19 mart 2025-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib. 

AzEdu.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb. 

Sərəncama əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Strategiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.1-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini 2026-cı il iyulun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməli, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə Tədbirlər Planının 8.1.3-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini 2027-ci il iyulun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməli, aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Tədbirlər Planının 8.1.4-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini 2027-ci il iyulun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməlidir. 

 

DÜNYA SAVAŞI - 24 saata hərbi əməliyyatlar başlayacaq
Son xəbərlərDaha çox