Azedu.az

Abituriyentlərin DİQQƏTİNƏ! - Sabah qeydiyyat yekunlaşır

Xəbərlər

Dövlət İmtahan Mərkəzi (DİM)

30 Aprel 2025, 09:59
Abituriyentlərin DİQQƏTİNƏ! - Sabah qeydiyyat yekunlaşır

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 1 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (//www.e-gov.az/az/services/read/3148/2) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

AzEdu.az xəbər verir ki, 30 aprel saat 09:00-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 28872, II ixtisas qrupu üzrə 23672, III ixtisas qrupu üzrə 26102, IV ixtisas qrupu üzrə isə 6198 abituriyent ərizəsini təsdiq edib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin sayı ilə real vaxt rejimində qeydiyyat səhifəsinin statistika bölməsində tanış olmaq mümkündür.

Qeyd: Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-də keçiriləcək.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox