Azedu.az

Bakalavr təhsilli olanların ailə həkimi işləməsinə icazə verilməsi təklif edilib 

Xəbərlər

Rezidentura

29 Aprel 2025, 12:09
Bakalavr təhsilli olanların ailə həkimi işləməsinə icazə verilməsi təklif edilib 

“Tibb Universitetinə ildə 1200-1500 nəfər bakalavr pilləsinə qəbul olur, rezidenturaya isə 500-600 nəfər... Yerdə qalan bakalavr məzunları yerləşə, hardasa işləyə bilirmi?”

AzEdu.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində komitə sədri Musa Quliyev deyib.

Komitə sədri təklif edib ki, ailə həkimlərinə bakalavr təhsilindən sonra işləməyə imkan verilsin: “Ya da ayrıca ailə həkimi ixtisası yaradaq. Regionlarda həkim çatışmazlığı var. Bakalavr pilləsini bitirənlər təcili yardımda işləyir, digər yerlərdə çalışmaq üçün isə rezidentura təhsili istənilir. Bəlkə bu şansı ailə həkimlərinə də verək ki, bakalavrı bitirib ailə həkimi işləyə bilsinlər”.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox