“Biz rezidenturada qəbul yerlərinin ali tibb təhsilini bitirən məzunların sayına uyğunlaşdırılması üçün çalışırıq”.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova deyib.
O bildirib ki, bazaların da imkanları nəzərə alınır: “Hazırda rezidenturada ailə həkimi ixtisası var, mütəxəssislər də hazırlanır. Bölgələrdə ailə həkim təminatının yaxşılaşdırılması ilə bağlı təkliflər hazırlanır. Tibb işçilərinin bölgələrdə paylanması problemi var. Əsas tibb işçiləri Bakıda cəmləşib, bu problemin aradan qaldırılması üçün təkliflər hazırlanır”.