Şəmkirdə azyaşlı dərmandan zəhərlənib.
AzEdu.az-ın məlumatına görə, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb. 2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, azyaşlı xəstəxanada ölüb.
Məlumata görə, azyaşlı evdə nəzarətiz qalan zaman dərman içib.
Faktla bağlı araşdırma aparılır.