Azedu.az

Abşeronda 1 aylıq körpə çimizdirilərkən ölüb - YENİLƏNDİ

Xəbərlər

29 Aprel 2025, 11:16
Abşeronda 1 aylıq körpə çimizdirilərkən ölüb - YENİLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25.04.2025-ci il tarixində saat 17:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən yenidoğulmuşun boğulması səbəbilə çağırış daxil olub.

AzEdu.az xəbər verir ki, barədə "Report"un sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 24.03.2025-ci il tarixli yenidoğulmuşun qızın həkiməqədər ölüm faktı qeydə alınıb.

Ailənin bildirdiyinə görə, yenidoğulmuş çimizdirilərkən boğulub.

----------

Abşeronda 1 aylıq körpə evdə ölüb.

AzEdu.az xəbər verir ki, Saray qəsəbə sakini 24.03.2025-ci il təvəllüdlü İnci Quliyeva yaşadığı evdə ölüb.

Körpənin ölüm səbəbləri araşdırılır.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox