Azedu.az

Biri gənc olmaqla 3 nəfər avtobusdan yıxılaraq xəsarət alıb

Xəbərlər

28 Aprel 2025, 12:43
Biri gənc olmaqla 3 nəfər avtobusdan yıxılaraq xəsarət alıb

Gəncədə 3 sərnişin avtobusdan yıxılaraq xəsarət alıb.

AzEdu.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Onların dayanacaqda 1 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyən zaman yıxıldıqları bildirilib.

Belə ki, 1990-cı il təvəllüdlü Şəhla Tağızadə, 2000-ci il təvəllüdlü Xoşqədəm Nəsibova və 2009-cu il təvəllüdlü Mərvi Hüseynova müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox