Azedu.az

Məktəbli bıçaqla 6 nəfəri yaraladı

28 Aprel 2025, 09:38
Məktəbli bıçaqla 6 nəfəri yaraladı

Cənubi Koreyanın Çoncu şəhərində xüsusi təhsil alan 10-cu sinif şagirdi bıçaqlı hücum nəticəsində direktor və inzibatçı da daxil olmaqla 6 nəfərə xəsarət yetirib.

AzEdu.az “Yonhap” agentliyinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saatlarında sinif otağında baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər üz, qarın və digər nahiyələrindən xəsarət alanların həyatı üçün təhlükə olmadığını açıqlayıb.

Hadisəni törədən şagird su rezervuarına tullansa da, xilas edilərək, xəstəxanaya yerləşdirilib.

Polis hadisənin detallarını araşdırır. Hadisəni törədən şagirdin xüsusi təhsil alan kimi qeydiyyatda olmasına baxmayaraq, adi məktəbdə oxuduğu məlum olub

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox