AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
28 aprel harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
28 aprel 1928-ci ildə AXC bolşeviklər tərəfindən işğal edildi:
Aprelin 28-də Azərbaycanın bolşeviklər tərəfindən Şərqdə ilk demokratik cümhuriyyəti olan Azərbaycan Xalq Cümhuriyyətini devirərək ölkəmizi işğal etməsinin 97-ci ildönümü tamam oldu. 1920-ci ilin aprel ayın 28-də baş verən qanlı işğal günü müstəqillik tariximizdə ən ağır, ən kədərli və hüznlü günlərdən biri kimi qalmaqdadır.
28 Aprel Ümumdünya Əməyin və Sağlamlığın Mühafizəsi günüdür:
İşçilərin təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunmasına dünya ictimaiyyətinin diqqətinin artırılması məqsədi ilə Beynəlxalq ƏməkTəşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 aprel – Ümumdünya Əməyin və Sağlamlığın Mühafizəsi günü elan olunub.
İstehsalatla əlaqəli bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində hər il həyatını itirənlərin 2,3 milyondan çox olduğunu, peşə xəstəliyinə məruz qalanların sayının 160 milyonu ötdüyünü nəzərə aldıqda əməyin mühafizəsinin iş yerləri üçün vacib məsələlər sırasında olduğunu görərik. Bu gün Azərbaycan da məşğulluq imkanlarının artırılması ilə bərabər, layiqli əməyin təminatı, o cümlədən işçilərin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin edilməsi istiqamətində fəal dövlət siyasətinə malik ölkədir
28 aprel 1923-cü ildə oftalmoloq alim Zərifə Əliyeva anadan olub:
1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə institutu bitirib.
1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb, 1950-ci ildə isə aspiranturaya daxil olub, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirib. Xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Elmlər Akademiyasının akademiki seçilib.
28 aprel 2001-ci ildə milyoner Dennis Tito, dünyanın ilk kosmik turisti olub:
2001-ci ildə o, 8 gün orbitdə olub, ISS EP-1 kosmik missiyasını tamamlayıb. O, “Soyuz TM-32” gəmisi ilə kosmosa çıxıb və “Soyuz TM-31” gəmisi ilə yerə enib. Kosmik turizm şirkəti Space Adventures, Ltd. NASA ilə razılaşmaya əsasən, Tito 28 aprel 2001-ci ildə Soyuz TM-32 missiyasında iştirak etmiş və kosmosda 7 gün, 22 saat, 4 dəqiqə və Yer ətrafında 128 dəfə orbitdə olmuşdur. Tito orbitdə şirkəti və işi üçün faydalı olacağını söylədiyi müxtəlif elmi təcrübələr aparıb. Tito səfəri üçün 20 milyon dollar ödəyib.
28 aprel 1989-cu ildə Bakıda Əhmədli və Xalqlar Dostluğu metrostansiyasının açılışı olub.