Azedu.az

50 namizəd "Yüksəliş" müsabiqəsindən kənarlaşdırılıb

Xəbərlər

27 Aprel 2025, 15:27
50 namizəd "Yüksəliş" müsabiqəsindən kənarlaşdırılıb

“Yüksəliş” müsabiqəsinin qaydalarının 9.2.4. bəndini (İstənilən növ tapşırıqları keçməkdən imtina və ya həmin test zamanı köməkdən istifadə etmə və kömək etmək cəhdi) kobud şəkildə pozduğuna görə Ümumi biliklər üzrə əsas imtahandan 50 namizəd kənarlaşdırılıb. 

AzEdu.az xəbər verir ki, bu barədə APA- nın sorğusuna cavab olaraq müsabiqənin Təşkilat Komitəsindən bildirilib. 

Bildirilib ki, aprelin 27-də beşinci “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi çərçivəsində Ümumi biliklər üzrə əsas imtahanı keçirilib. Ümumilikdə 10 729 iştirakçı imtahanda iştirak edib. 

Qeyd edilib ki, ümumi biliklər üzrə əsas imtahanda iştirak etməyən namizədlər növbəti mərhələyə buraxılmır.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox