Aprelin 28-də gözlənilən hava proqnozu açıqlanıb.
Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Bakıda və Abşeron yarımadasında hava proqnozu
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 27-dən 28-nə keçən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Temperatur, təzyiq və rütubət göstəriciləri
Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti
Aprelin 28-də Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Rayonlarda havan;n temperaturu
Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-20° isti, dağlarda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq.