Azedu.az

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Xəbərlər

27 Aprel 2025, 11:19
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

 

Aprelin 27-si saat 10:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Balakəndə 9, Qazax, Şəki və Qaxda 8, Şərur, Gəncə və Tovuzda 5, Şahdağ, Ağstafa, Ordubad, Şahbuz, Şəmkir, Gədəbəy, Lerik, Daşkəsən, Ceyrançöl, Sədərək, Culfa, Astara və Lənkəranda 4 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Cəbrayılda 20, Kəlbəcərdə 19, Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 26, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.

 

 

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox