Azedu.az

Tapılan qızlar sığınacağa yerləşdirildi

Xəbərlər

27 Aprel 2025, 11:12
Tapılan qızlar sığınacağa yerləşdirildi

Dünən gecə saatlarında Daxili İşlər Nazirliyi tərəfindən araşdırmalar nəticəsində tapılan 2 azyaşlı qız "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib.

AzEdu.az xəbər verir ki, bu barədə açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib. 

Qeyd edilib ki, polis əməkdaşlarının iştirakı ilə dünən 2 azyaşlı təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının qorunması və reabilitasiya keçməsi məqsədi ilə sığınacağa qəbul olunub: “Tərəfimizdən dərhal hər iki uşaq ilkin tibbi müayinələrdən keçirildi. Hazırda vəziyyətləri orta stabildir, psixoloji gərginlikləri var”.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox