Azedu.az

53 tələbə ZƏHƏRLƏNDİ

Xəbərlər

Tələbə və şagird

Xaricdə təhsil

27 Aprel 2025, 09:30
53 tələbə ZƏHƏRLƏNDİ

Türkiyənin Sivas şəhərində yataqxanada qalan 53 universitet tələbəsi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib.

Bu barədə AzEdu.az "Anadolu" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, Sivas Respublika Universitetinin bəzi tələbələri yemək yedikdən sonra halları pisləşib.

Bununla bağlı məlumat alan tibbi heyət yataqxanaya göndərilib. Qida zəhərlənməsi şübhəsi ilə 53 tələbəyə müalicə təyin edilib.

Onların yedikləri yeməklərdən nümunələr götürülüb.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox