Azedu.az

Taksi sürücüsü itkin düşən qızları gizlədibmiş - YENİLƏNİB

Xəbərlər

26 Aprel 2025, 21:45
Taksi sürücüsü itkin düşən qızları gizlədibmiş - YENİLƏNİB

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

 

AzEdu.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda həmçinin araşdırmanın DİN-in nəzarətinə götürüldüyü bildirilib.

 

21:00

Bakının Maştağa qəsəbəsində itkin düşən iki qız tapılıb.

 

AzEdu.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar. 

 

Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox