Azedu.az

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Xəbərlər

26 Aprel 2025, 18:37
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləklə bağlı xəbərdarlıq

 

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

 

Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Xidmət aprelin 27-dən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

 

Küləyin sürəti

 

Naxçıvan MR, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xankəndi, Xocavənd, Şuşa, Xızı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Salyan, Ucar, Kürdəmir, Saatlı, Sabirabad, Zərdab, İmişli, Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı Astara, Biləsuvar, Xaçmaz, Şabran, Siyəzən, Quba, Ağsu, Şamaxı və Balakəndə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

 

Külək hansı ərazilərdə güclənəcək?

 

Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Ağdam, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Hacıqabul, Neftçala, Qobustan, Gəncə, Samux, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Qusar, Şəki, Oğuz, Zaqatala, Qax, İsmayıllı, Qəbələ, Ağdaş və Göyçayda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək

güclənəcək.

 

 

 

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox