Azedu.az

Təhsil proqramlarına süni intellekt əlavə edilsin! - Deputatdan TƏKLİF

Xəbərlər

26 Aprel 2025, 15:15
Təhsil proqramlarına süni intellekt əlavə edilsin! - Deputatdan TƏKLİF

Azərbaycanda təhsil proqramlarına Süni İntellektin yaradılması və tətbiqi ilə bağlı dərslərin salınması məqsədə uyğun ola bilər. Bu, azərbaycanlı uşaqların gələcəyə daha yaxşı hazırlaşmasına mühüm töhfə olar.

AzEdu.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

O qeyd edib ki, bu addım Prezident İlham Əliyev tərəfindən imzalanmış Süni İntellektlə bağlı strategiyaya da uyğundur:

"Çin 6 yaşından başlayan hər bir şagirdin ildə ən azı 8 saat süni intellekt təhsili alacağını açıqladı. Bundan dərhal sonra ABŞ-da Tramp süni intellekt təhsilini kurrikuluma daxil edən fərman imzaladı.

Məqsəd şagirdləri erkən yaşda süni intellekt bacarıqları ilə təchiz etmək və qlobal rəqabətdən geri qalmamaqdır. Bu addım təkcə texnologiya təhsili vermək deyil, dünyada süni intellektə malik nəslin yetişdirilməsinin başlanğıcı olacaqdır.

Reallıq budur ki, süni intellekt artıq yalnız mühəndislər üçün deyildir. Bu, işləmək, öyrənmək və yaşamaq tərzimizi əsaslı şəkildə dəyişəcək davranışdır. Süni intellekt bilikləri əsas səriştələrə çevriləcəkdir

Əsas sual budur: 6 yaşlı uşaqlar süni intellekt öyrənməyə başlasa, indiki nəsil nə edəcək?

Dəyişiklik başladı və bu artıq seçim deyil, zərurətdir!".

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox