Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 7 nəfər (2 qadın cinsli, 5 kişi cinsli) TƏBİB-in tabeli tibb müəssisələrinə təxliyə olunub.
AzEdu.az bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
6 nəfər Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir.
Xəsarət alan 1 nəfər isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
08:45
Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.
AzEdu.az xəbər verir ki, nəticədə mikroavtobusdakı sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya müraciət edib. Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül sıyrıq xəsarətləri qeydə alınıb. Qeyd edək ki, xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol- nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.