Azedu.az

Naxçıvan məktəbliləri Hakaton müsabiqəsinə qatılıblar

Xəbərlər

25 Aprel 2025, 16:16
Naxçıvan məktəbliləri Hakaton müsabiqəsinə qatılıblar

Aprelin 25-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün  Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə ölkə üzrə ilk dəfə  həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin seçim turu təşkil olunub. 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, seçim turunda müsabiqənin  qeydiyyat və ilkin mərhələsindən uğurla keçən 50 məktəbli iştirak edib. 
Naxçıvan Şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan  İmtahan Mərkəzində keçirilən müsabiqədə şagirdlərə 21 tapşırıq üçün 2 saat 30 dəqiqə vaxt ayrılıb. 
          
Qeyd edək ki, müsabiqənin  ilkin qeydiyyat mərhələsində ölkə  üzrə 5-11-ci sinif şagirdləri iştirak edib və bu mərhələdə  verilən tapşırıqları uğurla yerinə yetirən iştirakçılar I mərhələyə vəsiqə qazanıblar.

Məlumat üçün bildirək ki, dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün onların bilik və bacarıqlarının inkişafına töhfə verəcək maarifləndirici sessiya və seminarlar təşkil ediləcək. 

Müsabiqənin final mərhələsində isə 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq.
 
Qalib komandalar  hədiyyələrlə mükafatlandırılacaq.  

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox