Azedu.az

Respublika fənn olimpiadalarının informatika fənni üzrə final turu keçirilib

Xəbərlər

25 Aprel 2025, 14:04
Respublika fənn olimpiadalarının informatika fənni üzrə final turu keçirilib

25 aprel tarixində Respublika fənn olimpiadalarının informatika fənni üzrə final turu keçirilib.

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, iştirakçılar ölkənin müxtəlif rayon və şəhərlərini əhatə edir. Final turu Bakı şəhərində Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetində təşkil edilir.

Aşağı yaş qrupu üzrə 107 nəfər, yuxarı yaş qrupu üzrə isə 95 nəfər imtahanda iştirak edib.

Qeyd edək ki, cari ildə informatika fənni üzrə Respublika Fənn Olimpiadalarının final turunun ilk dəfə olaraq 2 gün ərzində-25-26 aprel tarixlərində keçirilməsi nəzərdə tutulub.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox