“Ölkədə elə bir patologiya, xəstəlik olmamalıdır ki, İcbari Tibbi Sığortadan kənarda qalsın. Çünki insanların ehtiyacı var”.
AzEdu.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün keçirilən komitə iclasında bildirib.
Komitə sədri onu da qeyd edib ki, imtahanda ballarla bağlı əsas şərtlərə çox ciddi baxılmalıdır, səviyyəsi çox aşağı salınmamalıdır: “İndiki vaxta qədər olan sertifikasiya nə idi?! Otururdular 1-2 həftəyə, 1 aya əzbərləyirdilər, gedib imtahanı verirdilər və 1 həftə sonra yadlarından çıxırdı. Ancaq dəyişiklikdən sonra bu bizə imkan verəcək ki, insanlar 5 il ərzində daim öz üzərində işləsinlər”.