Azedu.az

“Tarixdə bu gün” - Beynəlxalq Oxu Günüdür

Xəbərlər

25 Aprel 2025, 09:00
“Tarixdə bu gün” - Beynəlxalq Oxu Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

25 aprel harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

25 aprel Beynəlxalq Oxu Günüdür:

 

25 Aprel tarixi dünya təqvimində Beynəlxalq Oxu Günü kimi qeyd olunur. 

 

25 aprel Ümumdünya DNT Günüdür:

 

DNT tarixdə ilk dəfə isveçrəli həkim Fridrix Mişer tərəfindən 1869-cu ildə kəşf edilib. 1953-cü il aprelin 25-də “Nature” jurnalında alimlər Ceyms Uotson, Frensis Krik Moris Uilkinsom və Franklin Rozalind DNT molekulunun strukturunun tədqiqat nəticələrini dərc edib. Düz 50 il sonra – 2003-cü il aprelin 25-də elan olunub ki, insan genomunun şifrəsinin açılması üzrə layihə tədqiqatları başa çatmağa yaxındır.

 

25 aprel Sahibkarlar Günüdür:

 

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2016-ci il tarixli Sərəncamı ilə hər il aprelin 25-i Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir. Azərbaycanda sahibkarlıq subyektlərinin təqribən 99%-ni mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir. 

 

15 aprel 1911-ci ildə görkəmli neftçi-geoloqu Baba Babazadə Bakının Ramana kəndində anadan olub:

 

B.Babazadə həm də neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı işlərində yeni metodların yaradıcılarındandır. Müxtəlif torpaq suxurlarında neft və qaz yataqlarının yerləşməsinin qanunauyğunluqları barədə B.Babazadənin elmi əsərlərində geniş bilgilər toplanıb.

 

Məhz bu ideyalar bütün Sovet İttifaqının neft rayonlarında düzgün geoloji kəşfiyyat işlərinin aparılması istiqamətində nəzəri baza rolunu oynayıb. 1944-cü ildə SSRİ və Azərbaycan neftçiləri arasında ilk dəfə olaraq B.Babazadəyə Sosialist Əməyi Qəhrəmanı adı verilib.

Bayrağımızın yandırılması Paşinyanı özündən çıxardı
Son xəbərlərDaha çox