Gözəllik və estetik sahəsində Türkiyədə uzun illərdir fəaliyyət göstərən mütəxəssis Dilek Nazan Dalkılç, qadınların özlərini daha yaxşı hiss etməsinə, dəri sağlamlığının qorunmasına və bu sahədə doğru məlumatların paylaşılmasına töhfə verən peşəkar adlardan biridir.
AzEdu.az xəbər verir ki, estetik prosedurlar, dəriyə qulluq və kosmetik sahədə təcrübəli mütəxəssis Nazan Dalkılç Modern.az-a verdiyi müsahibədə gözəllik anlayışına, estetik trendlərə yanaşmasına və Azərbaycan təəssüratlarını bölüşüb.
Müsahibəni təqdim edirik:
- Son illərdə yeniyetmələrin də erkən yaşlarda cildinə müdaxilə - müxtəlif üz baxım prosedurlarına getdiyini görürük. Bu prosedurların müsbət tendensiyadır, yoxsa mənfi tərəfləri var?
- Gündəlik baxımlarını mütləq etsinlər, üz dərisi təmiz və davamlı nəmləndirilməli, günəşdən qorunmalıdır. Bu cildi təmiz və sağlam tutur. Düşünürəm ki, 18 yaş altında olan şəxslərə cild baxımı edilməsi düzgün deyil, əsasən də bir neçə prosedurluq və dərinin soyulması, lazerlə, UVE işıqları ilə müdaxilə qəbuledilməzdir. Adətən yeniyetmələrə medikal cild baxımı tətbiq edirik ki, bu da heç bir halda onların cildinə zərər vermir və bu hər dəfə edilən deyil də, sadəcə ehtiyac olanda istifadə edilən prosedurdur. Hansı ki, bu proses də üzdə qara nöqtələr, yağlılıq balansının qorunmaması və sebium normal deyilsə, valideynlərinin icazəsi ilə həyata keçirilə bilər. Valideynlər də bu mövzuda həssas olmalıdır. Yetkinlik yaşına çatmayan uşaqlar tapdıqları hər şeydən istifadə edib dərilərini daha da gözəlləşdirmək istəyirlər, bəzən analar buna qarşı çıxmaqdansa, özləri də övladlarına müxtəlif məsləhətlər verir. Amma əsas məsləhət bu cür məhsullardan uzaq durmaqdır. Çünki o yaşda cild özünü tənzimləyir, müxtəlif səpkilər ola bilər ki, onlar da zamanla keçib gedən proseslərdir və çox normal qarşılanmalıdır. Ümumiyyətlə sağlam hər kəsin cildi 26 yaşa qədər kollajen ifraz etdiyi üçün onun hansısa əlavə müdaxiləyə ehtiyacı yoxdur, 26 yaşdan sonra cild qorunmalıdır, 21 yaşdan sonra isə dəstəkləyici prosedurlar olmalıdır, amma 21 yaşdan əvvəl hansısa prosedurlar düzgün deyil. Yeniyetməlik dövründə yaranan səpkilərə biz özəl baxımlar edirik və qısa müddət sonra nəticəsini verir. Bunun üçün illərlə müalicə olunmağa, ciddi prosedurlardan istifadə etməyə ehtiyac yoxdur. Bəzi hallar isə qaçınılmazdır, hansı ki, bu zaman pasiyentin daxili orqanlarında müxtəlif xəstəliklər və ya hormonal balanssızlıq olduğu üçün ciddi səpkilər, üzdə aşınma yaranır bu zaman həmin xəstələr daxili müayinə olunmalıdır və ancaq bu kimi hallarda kollajen tərkibli dərmanlardan istifadə edə bilərlər. Kiçik yaşlarda və yeniyetmələrə əsas tövsiyəm əlləri ilə cildlərinə müdaxilə etməmək olardı, çünki əlimizdə kifayət qədər bakteriya toplaşır və onu üzümüzə vurduqda hər hansı adi qızartıya təmas etdiyi halda həmin səpki bütün üzə yayıla bilər.
- Müşahidələr göstərir ki, uşaq yaşlarından da estetik əməliyyatlara maraq artıb. Bu yöndə düşüncələriniz nədir, hansı yaşlardan estetik əməliyyat etdirmək düzgün deyil?
- Estetik əməliyyat yaşı 18-55 arasıdır. 18 yaşdan aşağı şəxslərin istə müəyyən istisna – sağlamlığına ziyan vurma halları olduğu təqdirdə etmək mümkündür. 21 yaşına qədər biz böyüyürük – üzümüz, burnumuz, bədənimizin bütün hissəsi böyüyür. Mənə qalsa, bu yaşlarda burun belə olsa, heç bir əməliyyat olmamalıdır. Türkiyədə 18 yaş altında estetik əməliyyatlar qanunla qadağan edilib. Valideynlərə tövsiyəm həm özlərini olduğu kimi sevməyi bacarmaları, həm də bunu övladlarına öyrətmələri olardı. Özünün sevməyən insan başqalarını bəyənmir, insan özün sevdikcə hər şey ona gözəl görsənəcək. Uşaq yaşlarda ətrafımızda xarici görünüşümüzlə bağlı ən adi fikir belə travmatik nəticələr verə bilər, bu baxımdan hər kəsin ehtiyyatlı davranması və uşaqlarımıza estetik əməliyyatlar tövsiyə etmək yerinə, onlara özünə inamı, sevgini yaratmağımız vacibdir.