Naxçıvanda avtomobil 9 yaşlı piyadanı vurub.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Babək məhəlləsində baş verib. "Nissan" markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 2016-cı il təvəllüdlü Vaqif Hüseynovu vurub. Azyaşlı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.