Azedu.az

Sabirabadda doğuş zamanı körpə ölüb

Xəbərlər

24 Aprel 2025, 16:00
Sabirabadda doğuş zamanı körpə ölüb

"2005-ci il təvəllüdlü şəxs aprelin 21-də saat 13:00-da Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə hospitalizasiya olunub".

AzEdu.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, 30 həftəlik hamilə olan pasiyentin vaxtından əvvəl doğuşu baş tutub:

"Ağır vəziyyətdə doğulan körpənin cinsi kişi, çəkisi bir kiloqram 800 qr. olub".

Qeyd edilib ki, küvəz rejimində müalicəsi davam etdirilən yenidoğulmuş CPAP rejimində respirator dəstək alıb:

"Aparılan reanimasiya tədbirlərə baxmayaraq, yenidoğulmuşun hemodinamikasını bərpa etmək mümkün olmayıb və aprelin 21-də, axşam saat 9-da ölüm faktı qeydə alınıb".

TƏCİLİ! Ukraynadan Rusiyaya DAĞIDICI HÜCUM - Hava limanları bağlandı
Son xəbərlərDaha çox