Azedu.az

Autizmli uşaqlara hərtərəfli dəstək və inklüziv yanaşma vacibdir

Xəbərlər

24 Aprel 2025, 13:11
Autizmli uşaqlara hərtərəfli dəstək və inklüziv yanaşma vacibdir

“Təəssüf ki, son statistika göstərir ki, autizm əlamətləri müşahidə olunan uşaqların sayı artır. Bu artımın bir çox səbəbləri var və bu səbəblər yalnız Azərbaycana deyil, bütün dünyaya aiddir. Məhz buna görə də autizm sahəsində görülən işlər təkcə tibb və təhsil deyil, eyni zamanda, cəmiyyətin bütün təbəqələrinin diqqətini və dəstəyini tələb edir”.

AzEdu.az xəbər verir ki, bu fikirləri bu gün “Autizm: Tədqiqatdan təcrübəyə” mövzusunda keçirilən Beynəlxalq Autizm Konfransı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova səsləndirib.

O bildirib ki, bu istiqamətdə dövlətin, ictimai təşkilatların, mütəxəssislərin və hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Cəmiyyət olaraq məqsədimiz bütün fərqlilikləri ilə bərabər hüquq və imkanlara sahib olan sağlam bir cəmiyyət qurmaqdır: “Xüsusilə autizmli uşaqları olan ailələrin də bu imkanlardan istifadə edə bilməsi üçün hərtərəfli dəstək və inklüziv yanaşma vacibdir”.

Bahar Muradovanın sözlərinə görə, bu sahədə təhsilin inkişafı, ixtisaslı mütəxəssislərin hazırlanması və ümumiyyətlə, insan kapitalının formalaşdırılması olduqca vacibdir: “Mən öz təcrübəmdən yaxşı bilirəm ki, xüsusilə regionlarda bu istiqamətdə mütəxəssislərin yetişdirilməsi, mərkəzlərin yaradılması və ailələrə yönəlik dəstək layihələrinin həyata keçirilməsi cəmiyyət üçün nə qədər əhəmiyyətlidir. Əlbəttə ki, qarşıda bizi böyük hədəflər gözləyir. Bu günə qədər görülən işlər kifayət etmir. Çünki hələ də Azərbaycanda bu sahədə çətinliklərlə üzləşən ailələrin böyük bir hissəsi lazım olan xidmətlərdən tam şəkildə yararlana bilmir. Bu xüsusilə regionlarda sosial xidmət mərkəzlərinin sayının az olması ilə bağlıdır. Ailələr bəzən uzun məsafələri qət etməli olurlar və nəticədə xidmətlərə əlçatanlıq ciddi şəkildə məhdudlaşır”.

Sədr vurğulayıb ki, qarşıda duran əsas vəzifələrdən biri regionlarda bu cür vacib sosial strukturların yaradılması prosesini sürətləndirməkdir. Yalnız bu halda biz autizm sahəsində əziyyət çəkən ailələrə real və davamlı dəstək göstərə bilərik.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox