Azedu.az

“Tarixdə bu gün” - Gənclərin Beynəlxalq Həmrəylik Günüdür

Xəbərlər

24 Aprel 2025, 09:01
“Tarixdə bu gün” - Gənclərin Beynəlxalq Həmrəylik Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

24 aprel harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

24 aprel Gənclərin Beynəlxalq Həmrəylik Günüdür:

 

Ümumdünya Demokratik Gənclər Federasiyasının qərarı ilə 1957-ci ildən hər il aprelin 24-də Beynəlxalq Gənclərin Həmrəylik Günü (International Day of Youth Solidarity) qeyd olunur.
 
Gundem.az xəbər verir ki, bu günün qeyd olunması dövlət orqanlarının, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin diqqətini gənclərin problemlərinə yönəltməyə xidmət edir. 

 

Məqsəd gənclər birliklərinin, ictimai təşkilatların, geniş əhali kütlələrinin, öz uşaqlarının və nəvələrinin gələcəyinə laqeyd olmayan insanların səylərinin birləşdirilməsidir. Eyni zamanda, cəmiyyətin gənclərin hüquqlarına əməl edilməsinə nəzarət etməsinə, cəmiyyətin iqtisadi, sosial, elmi-texniki və mənəvi problemlərinin reallaşdırılmasında gənclərin mütəşəkkilliyinin və yaradıcı fəallığının yüksəldilməsinə, nəsillərin varisliyinə, qanunların və hüquq qaydalarının qorunmasına kömək edir. 

 

24 aprel Ümumdünya Laboratoriya Heyvanlarını Müdafiə Günüdür:

 

Bu gün  1979-cu ildə heyvanlar üzərində ağrılı eksperimentlər əleyhinə Beynəlxalq Assosiasiya (İnterNİÇ) tərəfindən təsis edilib və BMT tərəfindən dəstəklənib. Əvvəllər bu gün bir sıra ölkələrdə heyvanları müdafiə təşkilatları tərəfindən qeyd olunurdu, hazırda isə artıq dünyanın hər yerində viviseksiyaya (laboratoriya heyvanları üzərində eksperimentlər və təcrübələr aparılmasına) qarşı hərəkat fəal inkişaf edir. Müxtəlif ictimai və heyvanları müdafiə təşkilatlarının fəalları bu hərəkatı dəstəkləyirlər.

 

24 fevral 1994-cü ildə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi:

 

Qərarda hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi qeyd edilməsi, bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi əksini tapmışdı.

 

24 aprel 1911-ci ildə  Geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, SSRİ Dövlət mükafatı laureatı, SSRİ-nin fəxri neftçisi Ələşrəf Əlizadə anadan olub.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox